Hesablama Palatası bu kollec və peşə mərkəzlərində milyonlarla manatlıq uyğunsuzluqlar aşkarladı

Hesablama Palatası bu kollec və peşə mərkəzlərində milyonlarla manatlıq uyğunsuzluqlar aşkarladı
Sosial 68

Hesablama Palatası tərəfindən aparılmış maliyyə auditi nəticəsində 2023-cü il üzrə bir neçə kollec və peşə təhsil mərkəzlərinin maliyyə hesabatlarında əhəmiyyətli məbləğlərdə mühasibat uyğunsuzluqları bu günədək aradan qaldırılmayıb.

BAKU.WS bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir.

Belə ki, bir neçə kollec, peşə təhsil mərkəzi və digər qurumlar üzrə nizamnamə fondlarının dəyəri maliyyə hesabatlarında "Ödənilmiş nizamnamə (nominal) kapitalı" maddəsində əks etdirilməyib. Belə hallar aşağıdakı məbləğlər üzrə müəyyən edilib:

Sumqayıt Musiqi Kolleci – 132 min 515 manat

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kolleci – 14 milyon 984 min 789 manat

UNEC-in nəzdində Sosial-İqtisadi Kollec – 2 milyon 220 min 783 manat

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec – 22 milyon 315 min 046 manat

UNEC-in nəzdində Qida Sənayesi Kolleci – 772 min 455 manat

1 nömrəli İdman Liseyi – 219 min 624 manat

13 nömrəli İOEUGİM – 6 milyon 567 min 354 manat

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 10 milyon 214 min 586 manat

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 4 milyon 944 min 427 manat

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – 13 milyon 018 min 618 manat

Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Peşə Təhsil Mərkəzi – 9 milyon 284 min 926 manat

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 14 milyon 806 min 745 manat

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 4 milyon 552 min 655 manat

Bundan əlavə, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən 18 min 358 manat məbləğində gəlirin maliyyə hesabatında düzgün maddə üzrə göstərilmədiyi müəyyən edilib.

Audit zamanı Sənaye və Texnologiya Kolleci üzrə ehtiyatların uçotunda 41 min 049 manat fərq, Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsi üzrə isə podratçının öhdəlikləri vaxtında yerinə yetirməməsinə baxmayaraq 182 min 204 manat məbləğində cərimənin tətbiq edilmədiyi aşkarlanıb.

Hesablama Palatası bu uyğunsuzluqların müvafiq mühasibat yazılışları aparılmaqla aradan qaldırılmasını tələb etsə də, audit qərarlarının icrası hazırda izlənilmə mərhələsində qalır.

Son xəbərlər