Hər şey satılır - Sabunçuda "bit bazarı"ndan REPORTAJ

Hər şey satılır - Sabunçuda bit bazarından REPORTAJ
Video
Sosial 29

Sabunçu rayonunda yerləşən və "bit bazarı" kimi tanınan bazar həftəsonları fəaliyyət göstərir. Bura əsasən köhnə, işlənmiş və ikinci əl məhsullar axtaranların üz tutduğu məkan kimi tanınır.

Satıcılar bildirirlər ki, bu bazarda demək olar ki, hər şey satılır - xırdavat əşyalar, qab-qacaq, məişət ləvazimatları, müxtəlif alətlər, köhnə sovet dövrünə aid əşyalar və hətta heyvanlar belə. Bəziləri hətta burada öz hazırladıqları məhsulları da satışa çıxarırlar.

Bazarın alıcıları isə deyirlər ki, buraya konkret nəsə almaq üçün yox, daha çox "baxım, xoşuma gələn olsa alaram" düşüncəsi ilə gəlirlər. Çoxları illər əvvəl mağazalarda olmayan, artıq istehsaldan çıxmış və ya nadir tapılan əşyaları məhz bu bazardan əldə etdiklərini deyirlər. Avtomobil ehtiyat hissələri, köhnə kasetlər, sovet dövründən qalmış kolleksiya əşyaları buna nümunədir.

Satıcılar deyirlər ki, bazarda həm köhnə, həm də işlənmiş, amma keyfiyyətli və istifadəyə yararlı məhsullar var. Bəzi alıcılar meyvə-tərəvəz satan köşklərin də olmasına təəccüblənsələr də, təchizatçılar bunun adi hal olduğunu, bazarda "bitdən başqa hər şeyin" tapıldığını vurğulayırlar.

Ümumilikdə, Sabunçu "bit bazarı" hər həftəsonu müxtəlif və fərqli məhsullar axtaranların diqqətini çəkir və hələ də özünəməxsus atmosferi ilə seçilir.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər