Bakıda bağlı yol açıldı

Bakıda bağlı yol açıldı
Sosial 328

Suraxanı rayonu ərazisində baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

***16:49

Bakıda Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi-Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

BAKU.WS həmin istiqamətdə alternativ yolu təqdim edir:

Bunun üçün 8 Noyabr prospektindən Gəncə prospektinə çıxmaq, oradan Əmircan kəndinin içi ilə Suraxanı istiqamətinə getmək olar.

***15:34

Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyat  İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, yanğın davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər