Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
İyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.
Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Gəncə, Ağstafa, Qazax, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Salyan, Şirvan, Şabran, Xızı, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Gömrük tariflərində dəyişiklik gözlənilirmi?
"Hazırda Azərbaycan gömrük tariflərinin azaldılması və ya yeni tarif güzəştlərinin tətbiqi ilə bağlı hər hansı təşəbbüs gündəmdə deyil". BAKU.WS Baku TV-yə isti...