Hansı sürücüyə sərxoş demək olar? - VİDEO
Hansı sürücüyə sərxoş demək olar? Sürücünün sərxoş vəziyyətdə olub-olmamasını müəyyən edən tibbi müayinə haqqında danışmağınızı istərdik. Proses necə aparılır? APA TV-nin "Avtoclub” layihəsinin növbəti buraxılışında bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, tamaşaçıların sualları cavablandırılıb.
BAKU.WS-in avtoreyd.az saytına istinadən verdiyi məlumata görə, həkim-narkoloq Vüqar Səmədov deyib ki, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinə 27 iyun 2014-cü il tarixli qərara qədər, yalnız bir formada aparılır, sərxoşluq müayinəsindən sonra vətəndaşlar haqqında protokol tərtib edilirdi: "Bu qərardan sonra bilavasitə nəqliyyat vasitəsini idarə edən vətəndaşların müayinə edilməsi ilə bağlı qaydalara dəyişiklik edildi. Bu da ilk növbədə ondan ibarətdir ki, aparılan müayinə zamanı qanda müayinə edilən alkoqolun miqdarının 0.3 promille həddində müəyyənləşməsi ilə başlandı. Təkcə spirtli içkinin miqdarının 0.3 promille olması kifayət edir ki, vətəndaş yəni sürücü avtomobili idarə etməkdən kənarlaşdırılsın”.
Vüqar Səmədovun sözlərinə görə spirt 0.3 promilledən artıq qeydə alınırsa mütləq formada sərxoşluq haqqında akt tərtib olunmalıdır: "Açığını desək bu istənilən halda orqanizmi sərxoş edəcək, elə də bir böyük göstərici deyil. Müxtəlif insanlarda fərqli ola bilər. Müəyyən miqdarda qəbul edilən pivə 0.3 promilleni göstərəcək və yaxud da göstərməyəcək, burada bir çox səbəblər var”. Sıfır dərəcədə olan içkilərin digər spirtli içkilərlə qoxu baxımdan bənzərliyi var”.
Həkim narkoloq deyib ki, vətəndaşı sükan arxasında ilk növbədə DYP əməkdaşı saxlayır: Onların özlərinin də yerindəcə müayinəni aparıb akt tərtib etmək ixtiyarları var. Lakin bir halda ki, vətəndaş bu müayinənin aparılmasına razıdırsa. İkincisi isə müayinə keçirilib və vətəndaş nəticəsindən narazıdırsa, bu halda artıq mütləq şəkildə həkimə müraciət olunmalıdır”. Vüqar Səmədov onu da qeyd edib ki, nəqliyyat vasitəsini idarə edən vətəndaşların tibbi müayinəsi gün klinik əlamətlər nəzərə alınmadan, yalnız aparat göstəricisinə görə müəyyən edilir.
Vüqar Səmədovun sözlərinə görə narazı qalan sürücü müayinənin həkim-narkoloq tərəfindən narkoloji müəssisədə aparılmasını tələb etməyə haqqı var.
Psixotrop preparatların qəbulu məsələsinə toxunan Vüqar Səmədov, bunun aktda qeyd olunduğunu vurğulayıb: "Akt, protokol formasının başlığında da qeyd olunub ki, sərxoşluq hallarının bütün növlərinin təyini ilə aparılan tibbi müayinə protokolu və ya aktı götürdükdə psixotrop maddələr, eləcə də narkotik vasitələr də bu siyahıya aid edilə bilər. Psixotrop dərman preparatlarına gəlincə, həkim resepti ilə tətbiq edilməlidir. Yuxulu vəziyyətə və digər diqqəti yayındıracaq hallara səbəb olan digər preparatların insan orqanizmində mövcudluğunun müəyyən edilməsi artıq fərqli şəkildə, misal üçün, insan bədənindən ifraz edilən mayenin tərkibi ilə aşkarlanır. Narkoloji mərkəzin hər iki ekspertiza şöbəsi xüsusi ekspress testlərlə təchiz edilib. Bundan başqa psixotrop və narkotik maddələrin müəyyən edilməsi üçün müxtəlif test formaları da mövcuddur”.
Polislə sürücü arasında vətəndaşın sükan arxasında içkili olub-olmaması ilə bağlı yaranan mübahisələrdən danışan həkim narkoloq məsələyə belə aydınlıq gətirib: "Əgər vətəndaş DYP əməkdaşı tərəfindən sərxoşluğun müayinəsinə cəlb olunursa, vətəndaşın bilavasitə ixtiyarı var ki, bu müayinənin keçirilməsindən imtina edərək, prosesin həkim-narkoloq tərəfindən həyata keçirilməsini, əlbəttə ki, polis əməkdaşının iştirakı ilə, tələb etsin. Qanunvericilikdə də bu öz əksini tapıb. Və yaxud da ki, sürücü müayinənin keçirilməsinə razıdır, amma nəticədən narazı qalıb. Onda da tələb edə bilər ki, müayinə həkim-narkoloq tərəfindən aparılsın”.
BAKU.WS
Oxşar xəbərlər
Yol polisi: "Ağızdan gələn spirt qoxusuna görə inzibati protokol yazılmır"
Dünən həkim Vasif İsmayıl mətbuata açıqlamasında bildirib ki, spirtli içkinin qoxusunun gəlməsi sürücünün sərxoş olması demək deyil. Əsas olan qanda çıxan spirt...