Hakimliyə namizədlərlə yazılı imtahan keçirilib
30
noy
2025
16:24
Bu gün Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.
DİM-dən BAKU.WS-ə verilən məlumata görə, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 4 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 151 namizəd iştirak edib.
Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər.
Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaqdır.
Oxşar xəbərlər
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı yenidənqurma və inkişaf proqramları bölgədə əmək bazarının da canlanmasına səbəb olub. Aparılan la...