Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılış tarixi məlum oldu
Azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus heykəlin hazırlıq prosesi davam edir.
Bu barədə BAKU.WS-ə heykəltəraş, xalq rəssamı Xanlar Əhmədov məlumat verib.
Onun sözlərinə görə, hazırda son tamamlanma işləri gedir: "Hacının heykəlinin hazırlıq prosesi davam edir və son tamamlanma işləri gedir. Hazırda heykəlin qəliblənməsi, tunca tökülməsi və yerinin tikilməsi qalıb. Qrafik üzrə necə nəzərdə tutulubsa, Novruz bayramı günlərində açılış olmalıdır.
Heykəl özü 2,3 metr, pyedestalı ilə birgə 2,5 metr olacaq. Qranit potstament 1,50-1,70 arası olacaq.
Heykəl "İçərişəhər" metrostansiyası ilə üzbəüz parkda ucaldılacaq. Heykəlin smetasını indidən deyə bilmirəm. Dəyişikliklər var, ölçülər dəyişir. Ölçülərə görə bürünc və qranitin qiyməti dəyişir".
Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəli xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanır. X.Əhmədov 2002-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Əməkdar rəssam", 2006-cı ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə "Xalq rəssamı" fəxri adına layiq görülüb.
O, dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışıb. Bir sıra icra olunmuş monumental layihələrin müəllifidir. Əsərləri Almaniya, Fransa, Polşa, Rusiya, Türkiyə və digər ölkələrdə nümayiş etdirilib, müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.
Oxşar xəbərlər
Cəlil Məmmədquluzadə və Hacı Zeynalabdin Tağıyevə heykəllərin ucaldılması üçün müsabiqə elan ediləcək
Bakıda Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun heykəllərinin ucaldılması üçün müsabiqə elan ediləcək.Mədəni...