Əbülfəs Qarayev Tağıyevin viran qalmış evi üçün sponsor axtarır (VİDEO)
02
fev
2018
11:21
Sağlığında hər kəsə əl tutan, xeyriyyə işləri ilə çox tikililəri abad edən Hacı Zeynalabdin Tağıyev haqqında Azərbaycanın Mədəniyyət Turizm Naziri Əbulfəs Qarayev Hacının Mərdəkanda xaraba qalmış bağ evindən danışıb. Xatırladaq ki, BAKU.WS ötən ilin dekabr ayında Zeynalabdin Tağıyevin xaraba qalmış bağ evi haqqında məlumat yayaraq unikal insanın bağ evini qorunmasını çağırmışdı. Məlumatı minlərlə insan oxuyaraq sosial şəbəkədə paylaşmışdı. Ötən gün Mədəniyyət Turizm Naziri Əbulfəs Qarayev haqqın.az saytına Zeynalabdin Tağıyevin Mərdakandakı bağ evinin bərpası üçün sponsor axtarıldığını deyib. "Baxmayaraq ki, dövlətdə imkan yoxdur, biz müxtəlif sponsorlar vasitəsi ilə Hacı Zeynalabdin Tağıyevin Ev-muzeyində müəyyən bərpa işləri görmək istəyirik" O qeyd edib ki, bərpa işlərinin 2018-ci il ərzində başlanacağı gözlənilir: "Bu məsələ tərəfimizdən qaldırılıb. Hazırda belə evlər ayrıca siyahıya alınır. İndi əsas məsələ onların dövlət reyestrinə əlavə olunmasını təmin etməkdir".
Qeyd edək ki, dahi xeyriyyəçinin villası Mərdakanda 9 nömrəli Xüsusiləşdirilmiş Ağ Ciyər xəstəxanasında yerləşir. Xəstəxanın həyəti təmirli olsa da Hacının ömrünün son günlərini yaşadığı bağ evi haqqında isə təəssüf ki, bu sözü demək olmaz.
TuncayBAKU.WSOxşar xəbərlər
Əbülfəs Qarayev: Azərbaycanda üç turistik zona açılacaq
"Son illər regionlarda üç ulduzlu otellərin tikintisinə üstünlük verilir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq üç şirkətlə...