Əbülfəs Qarayev aktyorların Milli Şuranın mitinqinə qatılması haqqında: "Bu, onların daxili dünyasının zənginliyinə uyğun deyil"
17
okt
2017
17:36
"Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil”.BAKU.WS "Report”-a istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib."Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”, - deyə, nazir əlavə edib.Qeyd edək ki, Milli Şuranın oktyabrın 7-də keçirilən mitinqində əməkdar artistlər - İlqar Cahangir və Ayşad Məmmədova, habelə aktyor Abbas Qəhrəmanov iştirak edib.BAKU.WS
Oxşar xəbərlər
Əbülfəs Qarayev: "Yayda Bakıda və bölgələrdə hotellərin əksəriyyəti dolu olub”
“Bu gün Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Xarici ölkələrdən gələn turistlərin sayı artmaqdadır. Təkcə bir faktı qeyd etmək istəyirəm ki, bu ilin...