Cəlil Məmmədquluzadə və Hacı Zeynalabdin Tağıyevə heykəllərin ucaldılması üçün müsabiqə elan ediləcək
05
mar
2019
19:32
Bakıda Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun heykəllərinin ucaldılması üçün müsabiqə elan ediləcək.Mədəniyyət Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bunu nazir Əbülfəs Qarayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə müzakirə edilən məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.Nazir dövlət başçısı ilə görüşdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atıldığını bildirib:“Görüşdə səslənən təkliflərdən biri də Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə heykəllərinin ucaldılması idi. Hazırda bu məsələ ilə bağlı müzakirə aparılır".Ə.Qarayevin sözlərinə görə, abidələri hazırlayacaq heykəltəraşlar müsabiqə yolu ilə seçiləcək:"Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarların seçilməsi, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək”.BAKU.WS
Oxşar xəbərlər
Mehriban Əliyeva Bəhram Bağırzadəni qəbul edib
Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva martın 4-də Əməkdar artist Bəhram Bağırzadəni qəbul edib.BAKU.WS-in məlumatına görə, görüşdə martın 1-də...