Gürcüstanda koronavirusa yoluxma halları artıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstanda COVID-19-a yoluxma halları artır”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu ökənin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.
Onun sözlərinə görə, son bir həftə ərzində orta hesabla gündə 300-ə qədər yeni COVID-19 hadisəsi müəyyən edilib.
“Bu o deməkdir ki, ölkədə COVID üzrə müayinə olunanların hamısının (gündə təxminən 4000 test) 7-8%-nin nəticəsi müsbətdir. Buna uyğun olaraq xəstəxanaya yerləşdirilənlərin sayı da artıb. Bununla belə, ölüm halları minimum səviyyədə qalır: ayda bir hadisə”, - deyə T.Tsertsvadze bildirib.Qeyd edək ki, Gürcüstanda artıq koronavirusunun omikron ştammının EG.5 variantının yayıldığı ehtimal olunur, ancaq bu, rəsmi olaraq (laboratoriya) təsdiqlənməyib.
Oxşar xəbərlər
Bu şəxslər üçün 2022-ci ildə pandemiya bitmiş olacaq - VİDEO
“Pandemiya ilə mübarizə strategiyaları fərqlidir və müxtəlif ölkələrdə də bu strategiyaların ayrı-ayrı metodlarından istifadə edilir. Bəzi ölkələr peyvəndləmə s...