Gürcüstanda pandemiyanın beşinci dalğası gözlənilir
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstanda koronavirus pandemiyasının beşinci dalğası gözlənilir, lakin əvvəlkilər kimi ağır keçməyəcək”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkə epidemiyanın ən ağır günlərini geridə qoyub: “Bütün dünyada olduğu kimi, Gürcüstanda da beşinci dalğa yaşanacaq. Bu mərhələ nisbətən yüngül keçəcək, belə ki, o vaxtadək vaksinin hər iki dozasını vurduranların sayı çox olacaq”.
Qeyd edək ki, qonşu ölkə hazırda pandemiyanın dördüncü dalğasından keçir. Delta ştamının yayılması səbəbindən avqust ayında yoluxma və ölüm hallarında rekord göstəricilər qeydə alınıb.
Oxşar xəbərlər
COVID-19-dan sağalan pasiyentlərə vaksinin bir dozası kifayət edəcək
COVID-19-a yoluxan və sağalan insanlar koronavirus əleyhinə ikidozalı vaksinin yalnız bir dozasını vurdura bilərlər. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki,...