İmkanlı gürcülər Azərbaycana peyvənd vurdurmağa gəlirlər
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən çox nüfuzlu və imkanlı insanları tanıyıram ki, onlar “AstraZeneca” və “Pfizer” vaksini ilə peyvəndlənmək istəməyiblər və Çin peyvəndi vurdurmaq üçün Azərbaycana və Türkiyəyə yollanıblar”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.
O, Çin vaksininin Gürcüstanda hələ tətbiq olunmayacağını bildirib: “Çin peyvəndini bir çox ölkələr gözləyir, belə ki, o, ənənəvi üsullarla hazırlanıb”.
T.Tsertsvadze qeyd edib ki, Çin vaksininin alınması üçün müqavilə artıq hazırlanıb və müəyyən prosedurlardan sonra preparatın Gürcüstana idxalı nəzərdə tutulub.
Oxşar xəbərlər
Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb
Avstriya hökuməti “AstraZeneca” peyvəndi ilə vaksinasiyanı dayandırıb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, qərar peyvənd vurulandan sonra bir qadının öl...