Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb

Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb
Sosial 230

Avstriya hökuməti “AstraZeneca” peyvəndi ilə vaksinasiyanı dayandırıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, qərar peyvənd vurulandan sonra bir qadının ölümü və digərinin xəstələnməsinin ardından qəbul edilib. Bu barədə Avstriyanın Səhiyyədə Təhlükəsizlik Federal İdarəsinin (BASG) bəyanatında bildirilib.

Sənədə əsasən, 49 yaşlı qadın peyvənd olunduqdan sonra vəfat edib. Onun ölümünə səbəb qan laxtalanması olub. Digər 35 yaşlı qadında isə vaksinasiya nəticəsində ağciyər damarlarında tromblar əmələ gəlib. Hazırda o, xəstəxanada müalicə alır.

Qeyd edək ki, iki gün öncə Macarıstanda da “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər