Gün işığı koronavirusun hissəciklərini məhv edir
Yeniliklərdən dərhal xəbərdar olun
Ultrabənövşəyi şüalar COVID-19 virusunun hissəciklərini 5 dəqiqə ərzində iflic edə bilər.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Arizona Universitetinin professoru Georq Vondrakın rəhbərlik etdiyi mütəxəssislər qrupu tərəfindən aparılmış tədqiqatın nəticələrindən bəhs edən məqalədə bildirilir.
Mütəxəssislər ultrabənövşəyi şüalar altında SARS-Cov-2 və Hcov-NL63 koronaviruslarının hüceyrələrə zərər verə biləcək hissəciklərinin 5 dəqiqə ərzində 98 faiz zəifləməsinə, 20 dəqiqə ərzində isə tam iflic olmasına şahid olublar. Həm güclü, həm də zəif gün işığında bənzər nəticələr əldə edilib.
Oxşar xəbərlər
Koronavirus beyinə necə təsir edir? - ARAŞDIRMA
Britaniyalı və isveçrəli bioloqlar siçanların üzərində SARS-CoV-2 koronavirusunun beyinə necə “gedib çıxdığını” araşdırıblar və virusun beyinə vurduğu zərər növ...