Gün ərzində neçə jurnalist vaksinasiya olunacaq? - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Yaşı 18-dən yuxarı olan bütün jurnalistlər könüllülük əsasında peyvənd oluna bilərlər".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin vaksinasiya prosesi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
"Belə planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun. Hələlik bu günə olan məlumata əsasən, peyvənd olunmaq istəyən jurnalistlərin sayı 200-ə yaxındır. Birmənalı olaraq, dünyanı bürüyən bu virusdan qorunmaq üçün peyvənd olunmalıyıq", - o bildirib.
Qeyd edək ki, bu gündən Azərbaycanda media işçilərinin koronavirusa (COVID-19) qarşı vaksinasiyasına başlanılıb. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVAC" vaksini vurulur.
Oxşar xəbərlər
Sərt karantin rejimi bu halda tətbiq oluna bilər - AÇIQLAMA
“Vaksinasiya prosesi davam edir, qarşıda da bizi yaz fəsli gözləyir. Bu baxımdan hesab edirəm ki, maska taxsaq, sosial məsafə gözləsək, tələb olunan qaydalara r...