Gül mağazasında 100 kiloqram yararsız ət aşkarlandı - FOTO
17
may
2019
22:28
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, növbəti belə tədbir daxil olmuş məlumat əsasında mayın 16-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xudat şəhəri ərazisində keçirilib.Şəhərin O.Mirzəyev küçəsində yerləşən Rəvan Bağıyevə məxsus gül satışı mağazasında soyuducudan mənşəyi məlum olmayan 100 kiloqram çəkidə ət aşkar edilib.Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Araşdırmalar aparılır.
Qalereya
Oxşar xəbərlər
Mingəçevirdə yararsız əti əhaliyə satmaq istədilər
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması i...