Güclü külək ağacı maşının üzərinə AŞIRDI

Bakıda güclü külək ağaclardan birini maşınların üzərinə aşırıb.
Hadisə Atatürk prospektində baş verib.
Belə ki, yol kənarındakı irigövdəli ağaclardan biri aşıb, iki maşına ziyan dəyib.
"Restoranda oturmuşduq, birdən səs gəldi, elə bildik ki, zəlzələdir. Çıxıb gördük, ağac aşıb, maşının şüşələri, üstü əldən gedib. Ərazidəki digər ağacların da vəziyyəti yaxşı deyil, hər an aşa bilər",- hadisə şahidi söyləyib.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, mövcud problem aradan qaldırılıb.
Qurumdan o da bildirilib ki, ərazidə mütəmadi olaraq budanma işləri aparılır, ağaclara aqrotexniki qulluq göstərilir. Təhlükə yaratma ehtimalı olan ağacların kəsilərək götürülməsinə gəlincə isə bu, yalnız aidiyyəti dövlət qurumunun rəyi əsasında həyata keçirilə bilər.
Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər
İşıq, qaz və su pulu ilə bağlı YENİLİK - Bundan sonra...
Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılır. Yeni sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə...