Goranboyda tapılan 104 yaşlı qadın Çeçenistana göndərildi
13
yan
2018
10:48
Goranboyda küçədə tapılan 104 yaşlı Mədinə Əliyeva Çeçenistana göndərilib.BAKU.WS xəbər verir ki, bu barədə azvision.az-a "Tereza Ana" sığınacağından məlumat verilib.Bildirilib ki, Mədinə Əliyeva Azərbaycan Daxili İşlər Nazirliyi və Çeçenistandan olan nümayəndəliyin köməkliyi ilə bu ölkəyə yola salınıb. "Ona Bakıda lazım olan müvafiq tibbi yardım göstərilib. Lakin qadın Çeçenistanda yaşamaq istəyib", - deyə sığınacaqdan bildirilib. Qeyd edək ki, Yeni il bayramı ərəfəsində 104 yaşlı çeçen əsilli Mədinə Əliyeva Goranboy rayonunda tapılıb. Qadının bildirdiyinə görə, onu Mərbəla adı ilə Goranboya gətiriblər.BAKU.WS
Oxşar xəbərlər
Millət vəkilləri Kərbəla əvəzinə Azərbaycana göndərilən çeçen qadına baş çəkiblər - FOTO
Azərbaycan deputatları çeçen əsilli 104 yaşlı qadına baş çəkiblər.BAKU.WS xəbər verir ki, bu gün millət vəkilləri Aydın Mirzəzadə, Flora Qasımova, Hikmət Məmməd...