Millət vəkilləri Kərbəla əvəzinə Azərbaycana göndərilən çeçen qadına baş çəkiblər - FOTO
09
yan
2018
19:56
Azərbaycan deputatları çeçen əsilli 104 yaşlı qadına baş çəkiblər.BAKU.WS xəbər verir ki, bu gün millət vəkilləri Aydın Mirzəzadə, Flora Qasımova, Hikmət Məmmədov, eləcə də YAP Qadınlar Şurasının fəalı, Yasamal rayon 52 saylı məktəbin direktoru Elmira Ələsgərova həmin qadının yerləşdiyi sosial sığınacağa gələrək ona baş çəkiblər.Deputatlar yaşlı qadının vəziyyəti ilə maraqlanıblar.Xatırladaq ki, Rusiyanın Dağıstan Respublikasından olan çeçen əsilli 102 yaşlı Mədinə Əliyeva adlı qadının Azərbaycanın Goranboy rayonunda tapılması ilə bağlı ilk yazı virtualaz.org-da dərc edilmişdi.BAKU.WS
Oxşar xəbərlər
DİN-dən Kərbala ziyarəti adı ilə aldadıb Gədəbəyə aparılan 104 yaşlı qadınla bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) Goranboyda tapılan "104 yaşlı çeçen qadın"la bağlı məsələyə aydınlıq gətirib.BAKU.WS-in məlumatına görə, bu barədə APA-nın sorğusun...