Azərbaycan konsulluğu qarşısında qorxulu anlar (FOTO)
Türkiyədə yolda gedərkən qıc olan qadına polis yardım edib.
BAKU.WS-in məlumatına görə, dili boğazına qaçan yaşlı qadın Azərbaycan Qars Başkonsulluğunun qarşısında yerə yıxılıb. Polis əməkdaşı yerə yıxılan qadının ağzının kilidləndiyinivə nəfəs almaqda çətinlik çəkdiyini anlaydıqdan sonra qadının ağzını açıb. Yaşlı qadının dilinin boğazına qaçdığını görən polis əli ilə qadının dilini çıxararaq nəfəs almasına imkan yaradıb.
Daha sonra qadının başının altına yastıq qoyan polis hadisə yerinə təcili yardım maşını çağırıb. Bir müddət istirahət etdikdən sonra özünə gələn yaşlı qadın daha sonra hadisə yerinə gələn təcili yardıma mindirilib və yaxınlıqdakı xəstəxanaya aparılıb.
Yaşlı qadının vəziyyətinin yaxşı olduğu bildirilib. Polis əməkdaşının diqqətli olması və hadisə yerində soyuqqanlı müdaxiləsi qadını yenidən həyata qayıtmasına səbəb olub.
BAKU.WS
Oxşar xəbərlər
Sanitar yeni doğan qadına təcavüz etdi
Türkiyənin Adana vilayətində sanitar yeni doğmuş qadına təcavüz edib. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adanada bir qadın doğum sancıları il...