Sanitar yeni doğan qadına təcavüz etdi
Türkiyənin Adana vilayətində sanitar yeni doğmuş qadına təcavüz edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adanada bir qadın doğum sancıları ilə xəstəxanaya müraciət edib. Həkim qadına narkoz verərək doğuşu qəbul edib. Doğuşdan sonra 46 yaşlı A.U adlı sanitar qadını palataya keçirib.
A.U. qadını palataya gətirdikdən sonra dodağından öpüb, əlini tutaraq cinsiyyət orqanına toxunub. Qadın narkozun təsirindən sanitara müqavimət göstərə bilməsə də, baş verənlərin hamısını xatırlayıb.
Qadın hadisəni bir müddət sonra xəstəxanaya gələn həyat yoldaşına danışıb. Qadının həyat yoldaşının şikayəti əsasənda A.U həbs edilib. O ilkin ifadəsində ittihamları qəbul etməyib. Qadının narkozun təsirindən xəyal gördüyünü iddia edib.
BAKU.WS
Oxşar xəbərlər
Ailəli qızına təcavüz edən ataya 20 illik həbs
Türkiyənin Diyarbakır vilayətində 16 yaşlı ailəli qızına təcavüz edən ataya məhkəmədə 20 illik həbs cəzası verilib. 36 yaşlı N.K. adlı ata imam nikahı ilə ail...