“Google Waze” qəzaya meyilli yollarla bağlı sürücüləri məlumatlandıracaq

“Google Waze” qəzaya meyilli yollarla bağlı sürücüləri məlumatlandıracaq
Sosial 1

“Google” şirkətinə məxsus “Google Waze” naviqatoru sürücülərin rahatlığını artırmaq üçün daha bir yeniliyə imza atıb.

“Google Waze” öncədən qəzaya meyilli yollarla bağlı sürücüləri məlumatlandıracaq. Bununla da sürücülər qəzaya meyilli və daha çox qəzaların baş verdiyi ərazilərə doğru hərəkət etdikdə naviqotor vasitəsilə detallı məlumatlar əldə edəcəklər.

Şirkətin açıqlamasında bildirilib ki, qəzaya meyilli ərazilər haqda informasiyalar “Google Waze”in datalarından toplanılmaqla yanaşı, həm də süni intellekt tərəfindən araşdırılaraq öyrənilib.//apa

Son xəbərlər