Geomaqnit qasırğası baş verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
11 oktyabrda baş Vermiş TKA və Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə 15-16 oktyabrda G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.
Bu barədə BAKU.WS-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Proqnoz günlərində (14-20 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin TKA-nın təsiri ilə 14 oktyabrda yüksəlməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton seli isə 3848 və 3849 regionlarının aktivliyinə bağlı olaraq S1 səviyyəsinə yüksələ bilər.
Günəş küləyinin sürətinin Yüksək Sürətli Tac Dəliyi Axınlarının və 11 oktyabrda 3854 regionunda baş vermiş TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir.
Oxşar xəbərlər
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
Ağstafa rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) 15.11.2026-cı il tarixində saat 15:20 radələrində Qazax R...