Gəncədə dezinfeksiya işləri davam edir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dezinfeskiya işləri Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Yanında Nəqliyyat və Sərnişindaşıma İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin, habelə Mənzil Kommunal Təssərüfat İstehsalat Birliyinin əməkdaşları tərəfindən aparılıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, dezinfeksiya işləri şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri ilə yanaşı Gəncə Şəhər Baş Polis İdarəsinin xidməti maşınlarında, habelə Mənzil Kommunal Təsərrüfatı İstismar Birliyinin avtomobillərində də həyata keçirilib.
Avtobomillərin təkərlərinə, ön və arxa oturacaqlarına, habelə döşəmə və pəncərələrinə xüsusi dezinfeksiyaedici məhlul çilənərək, təmizlənib.
Eyni zamanda sözügedən nəqliyyat vasitələrinin qarajları da dezinfeksiya olunublar. Dezinfeksiya işləri mütəmadi olaraq qrafikə uyğun şəkildə aparılır.
Qeyd edək ki, bu cür tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
Taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin dezinfeksiyasına başlanıldı - FOTO
Gəncə şəhərində taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin dezinfeksiyasına başlanılıb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, avtobomillərin...