“Formula-1”ə görə bağlanan yollar nə zaman açılacaq?

13
iyn
2022
11:17
“Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində bağlanan prospekt və küçələr iyunun 14-ü səhər saat 10:00-dan açılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.
Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.
“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk”, - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Formula 1 Azərbaycan Qran Prisi üçün ən bahalı biletin qiyməti açıqlanıb
Formula 1 Azərbaycan Qran Prisi üçün ən bahalı biletin qiyməti 9130 manat təşkil edir. BAKU.WS Trend-iə istinadən xəbər verir ki, ən bahalı biletlər VİP xidmətl...