Fəvvarələr meydanında qanunsuz tikilinin sökülməsinə başlanılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakının Səbail rayonu Əhməd Cavad küçəsindəki ("Fəvvarələr" meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlayıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən məlumat verilib.
Bildirilib ki, ərazidə yerləşən "Fontana" restoranına bitişik sahədə işbazlar tərəfindən əlavə artırma işlərinin aparılması ikinci belə özbaşınalıqdır.
Belə ki, ötən ilin mart ayında Baş İdarə tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınmışdı. Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar.
Əlavə edək ki, mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir.
Oxşar xəbərlər
Sabah Lənkəran və Astarada 6 minə yaxın abonentin qazı kəsiləcək
Sabah Lənkəran və Astara rayonlarında 6 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriq...
