Fazil Məmmədovun cənazəsi Bakıya gətirildi - YENİLƏNİB
Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.
BAKU.WS xəbər verir ki, bu barədə “report”a onun ailəsindən məlumat verilib.
Bildirilib ki, sabiq nazirin cənazəsi yaşadığı evə aparılıb.
F.Məmmədov noyabrın 5-də Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.
Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.
***12:53
Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 5-də dəfn olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə report-a onun ailəsindən məlumat verilib.
Bildirilib ki, sabiq nazirin cənazəsi bu gün Azərbaycana gətiriləcək və o, sabah Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.
Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...