“Etihad Airways” Bakıya uçuşları dayandırıb

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” aviaşirkəti aprelin 30-dək bir çox şəhərlərə, o cümlədən Bakıya uçuşları dayandırıb.
BAKU.WS xəbər verir ki, şirkətin bəyanatında koronavirus pandemiyası ilə əlaqədar martın 20-dən etibarən Azərbaycanın paytaxtına, habelə İstanbul, Cenevrə, Madrid, Barselona, Belqrad, Qahirə və Bəhreynə aviareyslərin ləğv olunduğu bildirilib.
Aviaşirkətin təyyarələri Səudiyyə Ərəbistanının Məkkə, Mədinə, Ər-Riyad və Ciddə şəhərlərinə də uçuşları dayandıracaq. İtaliya şəhərlərinə isə aviareyslər mayın əvvəlinədək təxirə salınıb.
Şirkət digər şəhərlərə həyata keçirilən aviareyslərin sayını da azaldıb. Hindistanın Dehli və Mumbay şəhərlərinə gündəlik uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.
Tokioya aviareyslərin sayı da iki dəfə azaldılıb, Qazaxıstanın paytaxtı Nur-Sultana isə gündəlik reyslər həftəlik uçuşla əvəz olunub.
Oxşar xəbərlər
Nur-Sultan-Bakı aviareysi koronavirusa görə ləğv olunur
Martın 5-dən etibarən Qazaxıstandan koronavirus infeksiyasının (COVID-19) yayıldığı ölkələrə uçuşların sayı azaldılacaq. "APA-Economics"in "Tengrinews"a istinad...