Ən təhlükəli baş ağrısı növü müəyyən edilib

Ən təhlükəli baş ağrısı növü müəyyən edilib
Sosial 94

Terapevtlər ən təhlükəli baş ağrısı növünün nə olduğunu açıqlayıblar.

BAKU.WS "The Mirror"a istinadən xəbər verir ki, qəfil başlayan şiddətli baş ağrısı həyati təhlükə yaradan bir vəziyyətin əlaməti ola bilər.

Qəfil və şiddətli baş ağrısı insult, beyin qanamasına səbəb ola bilər.

Adi baş ağrısı və ya miqrendən fərqli olaraq, o, qəfildən başlayır, tez bir zamanda maksimum intensivliyinə çatır və ürəkbulanma, nitqin pozulması və ya ətrafların zəifliyi ilə müşayiət olunur.

Terapevtlər bildirir ki, bu tip baş ağrısı ən təhlükəli hesab olunur.

Əgər belə bir şey baş verərsə, o, ağrıkəsicilərlə aradan qaldırmaq tövsiyyə olunmur.

Çünki bu, həyati təhlükə yarada bilər. Terapevtlər ən yaxşı seçim kimi təcili tibbi yardım çağırmağı tövsiyyə edir.

Bir müddət əvvəl baş ağrısının xoruldamaqdan qaynaqlandığını düşünən 61 yaşlı Endryu Heys həkimə müraciət edib. Müayinədən keçəndə ağrının sağalmaz beyin xərçəngindən qaynaqlandığı məlum olub.

Son xəbərlər