Əməkhaqqılarla bağlı YENİLİK
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Əmək Məcəlləsinə dəyişiklik ediləcək.
Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə davamlı tədbirlər görülür:
"Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müəddəaların və sair məsələləri nəzərdə tutur".
Oxşar xəbərlər
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 9 radələrindən başl...