Əhaliyə mühim XƏBƏRDARLIQ - Sabahdan PİSLƏŞİR

İyunun 25 və 26-da geomaqnit vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşəcək və Yer kürəsini maqnit qasırğaları vuracaq.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası xəbərdarlıq edib.
"Narahatlığa səbəb Günəşdə planetimizə təsir etməyə başlayan böyük tac dəliyi olub", - deyə alimlər izah edib.
Mütəxəssislərin fikrincə, günəş küləyinin sürəti iyunun 25-nə keçən gecə artmağa başlayacaq, geomaqnit pozuntularının pik nöqtəsi isə günün ortalarında baş verəcək. Alimlər G2 səviyyəli orta güclü maqnit qasırğalarını proqnozlaşdırır.
Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.
Oxşar xəbərlər
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi barədə RƏSMİ AÇIQLAMA
Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub. BAKU.WS xəbər verir k...
