DYP-dən motosiklet və moped sürücülərinə xəbərdarlıq

DYP-dən motosiklet və moped sürücülərinə xəbərdarlıq
Sosial 17

Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopdelərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub.

Bu barədə BAKU.WS-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşının alınması istiqamətində tərəfimizdən davamlı olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir:

"Xüsusilə də iyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılıb və ya dəyişdirilmiş 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilib və sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər