Dünyanın ən bahalı iti Azərbaycanda satışa çıxarıldı - maşınla barter edilir (FOTO)

Dünyanın ən bahalı iti Azərbaycanda satışa çıxarıldı - maşınla barter edilir (FOTO)
Sosial 11873

 

Azərbaycanda bahalı it satışa çıxarılıb.

BAKU.WS-in məlumatına görə, dünyanın ən bahalı və ən sədaqətli iti sayılan Tibet Mastiffinin bir cüt dişi və erkəyi satılır.

Elan sahibinin yazdığına görə, əslində reallıqda itlərin qiyməti daha bahadır:

"Baxa bilmədiyim üçün satıram. Heyvanların sənədləri var. Maşınla barter edə bilərəm. 15 min manata satıram". 

Xatırladaq ki, bir müddət öncə Tibet mastif cinsindən olan "İmperator" ləqəbli it Çində 1 miyon 583 min dollara satılıb. "İmperator" hərraca çıxarılan min itdən biri olub. İlkin qiyməti 158 min dollar olaraq müəyyən edilən it rekord qiymətə satılıb. 

Nazim Babayev

BAKU.WS

Son xəbərlər