Dərsləri boykot edən müəllim işinin başında - VİDEO+FOTO

Dərsləri boykot edən müəllim işinin başında - VİDEO+FOTO
Video
Sosial 2022
"Bütün hüqüqlarımız bərpa olundu. Tədrisə davam edirik".Bu sözləri BAKU.WS-ə açıqlamasında, dərslərini boykot edən Astara şəhəri 2 saylı orta məktəbin ingilis dili müəllimi deyib.İctimaiyyətin və Təhsil Nazirliyiyn reaksiyasından sonra qarşılaşdığı süni problemlərin aradan qalxdığını açıqlayan müəllim bildirib ki, əgər gələcəkdə yenə təzyiqlər olarsa yenə mübarizə meydanlarında olacaq.F. Mehralıyev bu mübarizəsində şagirdlərinə nümunə olduğunu düşünür: "Mənim dərdim təhsildə rüşvətin olmasıdır. Mən bunun üçün mübarizə aparıram. Qazancım yalnız savadlı, vətənpərvər, dürüst və bir gün bu işimizi etibar edə biləcək mərifətli şagirdlər yetişdirməkdir ki, həm dövlətimiz, həm də cəmiyyətimiz qazansın".Mübariz müəllim bu mübarizədə ona dəstək olan hər kəsə təşəkkür edib: "English Language Center" ingilis dili mərkəzi yaratmağımız üçün də yardım və dəstək göstərəcəklərini bildirdilər. Hamıya diqqqəti və qayğısı üçün təşəkkür edirəm". Xatırladaq ki, Astara şəhəri 2 saylı orta məktəbinin müəllimi ondan rüşvət istənildiyini deyərək etiraz edirdi. Rayon Təhsil Şöbəsi 2017-ci ildə müəllimlərin diaqnostik qiymətləndirmə imtahanından 54 bal yığaraq ingilis dili müəllimi kimi işə başlayan Fuad Mehralıyevə təmayül dərsləri təklif edib. O, iddia edir ki, bu təklifi qəbul etdikdən sonra məktəb direktoru tərəfindən sıxışdırılmağa başlayıb. Təhsil Nazirliyinə müraciət etdikdən sonra ona əlavə 18 saat dərs verilib. Nazirliyin müdaxiləsindən sonra işdə ona qarşı təzyiqlər başlayıb. Bu iddialarla bağlı Astara rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova rüşvət və pul yığmaq məsələlərini qətiyyətlə inkar edib: "Onun özünün də iştirakı ilə görüş keçirib narazı olduğu mələləri qismən həll etdik. Məktəbdə ona ingilis dili danışıq klubu üçün sinif otağı ayrıldı. Müəllimlər üçün tələb etdiyi sanitar-qovşaq məsələsi də həllini tapdı", xanım Məmmədova əlavə edib.Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər