Dövlət Xidməti: "Telegram" hücumları ilə bağlı 112 saxta domen və 18 IP ünvanı nəzarətdədir
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) "Telegram" üzərindən həyata keçirilən kiberhücumlarla bağlı hazırda 112 saxta domen və 18 IP ünvanı nəzarətə götürüb.
BAKU.WS xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən resursların fəaliyyəti araşdırılır və istifadəçilərə təsir dərəcəsi qiymətləndirilir.
Bildirilir ki, mövzu ilə bağlı əlavə məlumatlar mərhələli şəkildə XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəsmi saytında paylaşılacaq.
Oxşar xəbərlər
Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb
Bakının Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yenidən sürüşmə təhlükəsi yaranıb. Eyni yerdə 1 ildə ikinci dəfə sürüşmə baş versə də, ərazini lentləməkdə...