Dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət edib
27 Sentyabr - Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycanın Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova və digər hökumət rəsmiləri Zəfər parkında olublar.
BAKU.WS report-a istinadən xəbər verir ki, dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir.
Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
Qalereya
Oxşar xəbərlər
Yeni yaşayış massivi, köhnə problem: Ceyranbatanda evlər niyə boş qalıb?
Ceyranbatan qəsəbəsində yeni salınan yaşayış massivinin sakinləri kommunal problemlərlə üzləşiblər. Ərazidən su və qaz kəmərləri keçsə də, evlərin bir hissəsind...