Dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib.
"Dövlət Xidməti kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işləri davam etdirir. Bununla bağlı bəzən real ip ünvanlar da anomal trafik kimi blok siyahısına düşə bilir.Anomal trafikin təmizlənməsi zamanı dövlət informasiya ehtiyatlarından istifadə edən vətəndaşlardan onlara məxsus İP ünvanlarda yarana biləcək qısa müddətli müvəqqəti bloklamaları nəzərə almaları xahiş olunur", - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA
2027-ci ildə ərzaq məhsullarının qiymətinə həm yerli istehsalın həcmi, həm də idxal olunan məhsulların maya dəyəri təsir göstərəcək. BAKU.WS-in məlumatına görə,...