Dizel yoxsa benzin? (VİDEO)
Dizel yanacağı ilə işləyən avtomobillərin yanacaq sərfiyyatı daha aşağı olur. Üstəlik bu növ yanacaq benzindən daha ucuzdur. Amma sürücülər bu avtomobillərə üstünlük vermir. Səbəb kimi isə təmir xərcləri göstərilir. BAKU.WS-in məlumatına görə, yanacaq sərfiyatına görə dizel daha sərfəli olsa da əksər sürücü belə avtomobilləri sürmək istəmir. Çünki, dizel mühərrikli avtomobillərin tez-tez xarab olduğunu deyirlər. Ustalar, dizel mühərrikli avtomobillərin daha yüksək təzyiqlə işlədiyini və yanacağın keyfiyyəti aşağı olanda detalların daha tez sıradan çıxdığını bildirir. Üstəlik bu tip mühərriklərin təmiri də, ustalardan daha çox zəhmət tələb edir. Dizel mühərrikli avtomobillərin ehtiyyat hissələrinin qiyməti də digərlərindən bahadır. Üstəlik mağazalardan bildirirlər ki, dizel mühhərikli avtomobillərin sürücüləri onlara daha çox müraciət edirlər. İşlənmiş ehtiyyat hissələri bazarında da eyni mənzərə hökm sürür. Burda dizellə işləyən maşınların ehtiyyat hissələri daha bahadır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda benzinin qiyməti bahalaşacaq?
Son günlər dünya bazarında neftin qiymətində əvvəlki günlərlə müqayisədə artım qeydə alınsa da , bu əvvəlki səviyyədə deyil. BAKU.WS xəbər verir ki, anspress-i...