Bakının alıcısız "maşın bazarı" (FOTOREPORTAJ)

Bakının alıcısız maşın bazarı (FOTOREPORTAJ)
Sosial 7316

Son günlər avtomobil bazarında durğunluq hiss edilir. BAKU.WS-in məlumatına görə, avtomobil alanların sayında gözə çarpacaq dərəcədə azalıb.

Deyilənlərin canlı şahidi olmaq üçün Bakıdakı maşın bazarına yollandıq. Qarşılaşdığımız mənzərə həqiqətən də acınacaqlı idi. Maşın bazarında avtomobillərin sayı həddindən artıq çox idi. Hətta maşınların çoxunu kreditlə satırdılar. Lakin bazarda alıcı gözə dəymirdi. Bu passivlik avtomobillərin  bazarında qiymətlərə də təsir edib. Maşınların üstünə 20-30 faiz endirim elanı da yazılmışdı.

"Demək olar ki, avtomobil alan yoxdur. Əvvəllər ən çox işlənmiş maşınlara tələb vardısa, indi təzə avtomobillərə maraq çoxalıb. Buna görə də işlənmiş avtomobillərin qiymətləri daha çox düşüb. Yeni avtomobillərin qiymətlərində də azalma hiss edilir. ”, - deyə avtomobil satan Mehdi Sarıyev bildirib.

Avtomobil satışı ilə məşğul olan Nəzər Məmmədovun fikrincə isə avtomobillərin qiymətində qeyri-müəyyənliyə bir neçə səbəb var. Onun sözlərinə görə, əvvəla dolların bahalaşması insanların yaşayış tərzinə mənfi təsir edib. Bununla da, camaat əlində olan pulla maşın ala bilmir. İkincisi yanacağın baha olması insanları daha çox güclü matoru olan maşınlardan imtina etməyə vadar edir. Tələb olmayan yerdə də avtomatik olaraq təklifin dəyəri düşür.

Satıcılar BAKU.WS-ə bildiriblər ki, hazırda bazarda ən çox Rusiya istehsalı olan avtomobillrə satılır. Bundan başqa, Avropa, Çin, Amerika v s. istehsallı avtomobillər də var. Ümumilikdə maşın bazarında ən çox NİVA markalı avtomobil daha çox gözə dəyirdi. İşlənmiş, yaxşı vəziyyətdə olan NİVA-ların qiyməti 4000 manatdan başlayır. Yeni NİVA-lar isə ilinə görə 7000 manatdan 7400 manata qədər dəyişir.

Satıcılar onu da bildirdilər ki, ən çox maraq "VAZ”, "Chevrolet” və "Mercedes” markalı avtomobillərədir. Bu avtomobillər içərisində isə ən çox "Chevrolet”  markalı maşın alınır. Digər markalı maşınları isə çox az halda soruşurlar. Maşın bazarında olduğumuz 2 saat müddətində heç bir alıcı ilə rastlaşmadıq.

Xatırladaq ki, Lizinq üçün xaricdən alınıb gətirilən məhsullar, xüsusilə də avtomobillər əlavə dəyər vergisindən azad olundu. Məhz bu  bu addımın atılması lizinqlə satılan yeni avtomobillərin ucuzlaşmasına səbəb olub. Bu da maşın bazarında ucuzlaşmaya səbəb olan amillərdən biridir. Bu barədə "Lizinqlə satılan yeni avtomobillər ucuzlaşacaq” adlı yazıda məlumat vermişdik. BAKU.WS maşın bazarında ən çox satılan avtomobillərin orta qiymət cədvəlini təqdm edir:

 

Ziya Səccad BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər