DİQQƏT! Bu ərazidə 3 GÜN SU OLMAYACAQ
30
apr
2025
15:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
1-3 may tarixlərində Sumqayıt şəhərinin bəzi hissələri, Müşfiqabad, Altyalı, 28 May qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumata görə, fasiləyə səbəb Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə təmir işlərinin aparılmasıdır.
3 may axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...