DİN hərəkət iştirakçılarına müraciət edib

"Davam edən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq gecə saatlarında yollarda gizli buzluluq dərəcəsinin artması müşahidə olunur".
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətini yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, polis əməkdaşları hərəkət iştirakçılarının təhlükəsiz şəkildə mənzil başına çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini paytaxt və bölgələrdə davam etdirirlər.
"Magistrallarla yanaşı məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində çevik və operativ tədbirlər görülür, təhlükəsizlik tam təmin edilir. Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, şaxtalı havada, xüsusilə də buzlaşma şəraitində enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının artacağı nəzərə alınmalı və zəruri təhlükəsizlik qaydalarına əməl edilməlidirlər".
Oxşar xəbərlər
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı mayda 61 % artıb
Bu ilin yanvar-may aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 453 kiberhücum indikatoru (IOC) müəyyən edib. BAKU.WS...
