Dezinfeksiya işlərinə polis də cəlb edildi - VİDEO

Dezinfeksiya işlərinə polis də cəlb edildi - VİDEO
Foto Video
Sosial 263

Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələri yenidən paytaxt küçələrinin dezinfeksiya olunmasına cəlb olunub.

Bu barədə nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Bakıda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə paytaxtın bütün rayonlarında əlavə gücləndirilmiş tədbirlər həyata keçirilir. Şəhər əhəmiyyətli küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiya işlərinə Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələri də cəlb olunub. Nazirliyin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərilərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı paytaxt küçələrinin dezinfeksiya olunması işlərində də yaxından iştirak edirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər