Deputat: Yeni binalarda kommunal xidmətlər üçün şişirdilmiş qiymətlər qoyurlar
26
dek
2017
21:13
tikilən binalarda kommunal ödənişlərlə bağlı tez-tez əhalinin şikayətlərinə rast gəlinir, çünki tikinti şirkətləri kommunal xidmətlər üçün şişirdilmiş qiymətlər qoyurlar.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.T.Rzayev bildirib ki, əhalidən alınan pul müqabilində tikinti şirkətləri elə də yüksək xidmət göstərmirlər. Deputat bildirib ki, vəziyyətdən çıxış yolu kimi çoxmənzilli binaların sakinləri özləri fəal olmalıdırlar:“Sözsüz ki, qanuna uyğun olaraq çoxmənzilli yaşayış binalarının sakinlərinin hüquqları var ki, öz yığıncaqlarını keçirsinlər və binalarının idarə olunması üçün mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratsınlar. Bu halda vətəndaşlar xidmətlərin qiymətini özləri müəyyən edər və bu ucuz başa gələr”.T.Rzayev vurğulayıb ki, Bakıda müəyyən çoxmənzilli binalarda bu cür cəmiyyətlər yaranıb və səmərəli də işləyir: “Burada vətəndaşlar fəal olub öz binalarının idarə olunması üçün belə cəmiyyətlər yaratmalıdır. Tikinti şirkətlərinin qoyduğu xidmət haqqı bir neçə dəfə artıqdır.Deputat vurğulayıb ki, əksər təzə binalarda binaları tikinti şirkətləri özləri idarə edir və istədikləri qiymətləri qoyurlar.Qeyd edək ki, Bakıda bir çox mənzil-tikinti korporativləri (MTK) binaları istifadəyə verdikdən sonra idarəçiliyini də özləri həyata keçirirlər ki, bu da sakinlərlə korporativlər arasında narazılıqların yaranmasına səbəb olur. Korporativlər tərəfindən müəyyən olunan kommunal ödənişlərin həcmi və bunun müqabilində göstərilən xidmətlərin keyfiyyəti bir çox hallarda sakinləri qane etmir.BAKU.WS
Oxşar xəbərlər
Mənzil alanlar üçün VACİB XƏBƏR - VİDEO
Bir mənzilin bir neçə nəfərə satılması kimi neqativ halların qarşısı alınır.Bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilir. Yenilik, tikintisi başa çatmayan bi...