İDEAL şirkətinin rəsmi mövqeyi

İDEAL şirkətinin rəsmi mövqeyi
Sosial 1389

 

İDEAL parfum və kosmetika mağazalar şəbəkəsi  haqqında "Yeni Müsavat” qəzeti"-də, Musavat.com” saytında yazılmış və daha sonra bir sıra saytlar tərəfindən köçürülmüş "İdeal”da saxta ətirlər satılır” məqaləsinə rəsmi münasibətimizi bildirərək aşağıdakıları qeyd etmək istəyirik:

İDEAL Parfumeriya və kosmetika mağazalar şəbəkəsi 1999-cu ildə yaradılıb, hazırda 12 mağazası və 5100 kvadrat metrdən çox ümumi sahəsi  ilə Bakı şəhəri və regionlarda fəaliyyət göstərir.Mağazalarımizda  müştərilərə dünyanın 140 –dan cox   məşhur və eksklyuziv brendlərinə məxsus parfum, dekorativ kosmetika və dəri üçün qulluq vasitələri təqdim edilir. 

Bildiririk ki, məqalədə yazılanlar tamamilə  əsassız, qərəzli hazirlanmiş məlumatlardır.

Şəbəkəmizdə təqdim olunmuş  məhsulların hər biri Azerbaycan Respublikası Səhiyyə Nazirliyi və Azerbaycan Respublikası Standartlasdırma, Metrologiya ve Patent üzrə Dövlət Komitəsi   tərəfindən verilmiş gigiyenik ve uyğunluq  sertifikatlarına malikdir. 

Gələn həftə İDEAL şirkəti olaraq jurnalistlər üçün mətbuat konfransı təşkil ediləcək, bütün jurnalistləri tədbirə dəvət edirik. Tədbirin yeri ve dəqiq vaxtı haqqında əlavə məlumat veriləcək.

BAKU.WS

Oxşar xəbərlər

Əqrəbləri geri çəkməyi unutmayın

Əqrəbləri geri çəkməyi unutmayın

25 oktyabr 2015-ci il tarixində Azərbaycanda yay vaxtı ləğv ediləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi BAKU.WS-ə verilən məlumata g...

2197 Şou-biznes 16:37 23 oktyabr 2015

Son xəbərlər