İcra başçısı Əhəd Abıyev Kəmaləddin Heydərovdan kömək istədi (FOTO)
31
okt
2017
10:19
Dünən axşam saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib. BAKU-WS-in məlumatına görə, qafqazinfo-ya daxil olan xəbərə görə, küləyin güclü olması nəticəsində yanğın daha da genişlənib. İcra hakimiyyətinin başçısı Əhəd Abıyev baş vermiş yanğın məsələsi ilə bağlı qərargah yaradıb. Ə.Abıyev, həmçinin hadisə yerində olub, müvafiq tapşırıqlar verib. Xəbərdə qeyd olunur ki, yaxın kəndlərin sakinləri yanğının söndürülməsinə çalışır: "Amma buna baxmayaraq, mütləq aidiyyəti üzrə nazirliklər, xüsusi təyinatlı işçi qrupu tərəfindən yüksək dağ ətəyində yanan meşənin söndürülməsinə yanğınsöndürmə avtomobillərinin yaxınlaşa bilmədiyi yerlərə ancaq helikopter vasitəsilə kömək lazımdır. Hal-hazırda Dəstəfur kənd nümayəndəliyində qərargah üzvləri yanğına qarşı görüləcək işləri planlı şəkildə həyata keçirir, bu dəhşətli yanğının qarşısını almağa səy göstərərək aidiyyəti nazirliklərdən də köməklik gözləyirlər. Hazırda 11 hektardan artıq meşə ərazisi yanaraq təhlükəli vəziyyət yaranıb. Cəbhə bölgəsində sərhədə yaxın ərazidə bu kəndlərdə elektrik enerjisi və rabitə əlaqəsi kəsilib, işıqlar sönüb. Amma kənd sakinləri qaranlıq şəraitdə dözümlülük göstərərək Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə yanğının qarşısının alınmasına inamla, cəsarətlə çalışırlar və şübhəsiz ki, tezliklə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov lazımi köməklik göstərəcək və aidiyyəti üzrə qurumlara da yanğının qarşısının alınmasına dair müvafiq tapşırıqlarını verəcək".BAKU.WS
Oxşar xəbərlər
TƏHLÜKƏLİ YANĞIN: İki nazirliyin əməkdaşları gecəboyu Zaqatalada olub (VİDEO)
Zaqatala meşələrində güclü yanğın baş verib. Yanğın 1 sutka davam edib. Hadisə yerinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əm...