Çovdar-Çaykənd avtomobil yolunun bir hissəsi əsaslı təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Daşkəsən rayonunun respublika əhəmiyyətli Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci km-dən ayrılan Çovdar-Çaykənd avtomobil yolunun 9,7 km-lik hissəsində əsaslı təmir işləri icra edib.
BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, əsaslı təmir işləri Çovdar-Çaykənd avtomobil yolunun 1-ci km-lik hissəsində, həmçinin 5-ci km-dən 15-ci km-dək olan hissəsində aparılır. Sözügedən hissələrdə köhnə, yararsız asfalt örtüklü yol vətəndaşların rahat gediş-gəlişində çətinliklər yaradırdı.Hazırda yolun IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi ilə bu problem geridə qalır.
Tikinti layihəsinə uyğun hazırda yolboyu torpaq işləri, yol yatağı və yol əsasının inşası, zəruri yerlərdə müxtəlif diametrlərə malik suötürücü boruların quraşdırılması işləri aparılır.
Layihə üzrə torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi işləri yerinə yetirilir.
Tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri icra olunacaq.
Qalereya
Oxşar xəbərlər
Universitetə hazırlaşanlar üçün SEVİNDİRİCİ XƏBƏR
"2025-ci il üzrə ali təhsil müəssisələrinə qəbul planı Azərbaycan təhsil sistemində ciddi dəyişikliklərin və transformasiya cəhdlərinin davam etdiyini göstərir....
