COP29 zolaqlarına daxil olmaq qadağası qüvvəyə mindi

COP29 zolaqlarına daxil olmaq qadağası qüvvəyə mindi
Sosial 212

Bakının bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından minik avtomobillərinin istifadəsinə qoyulan qadağa qüvvəyə minib.

BAKU.WS xəbər verir ki, bu gündən (1 noyabr - red.) 26 küçə və prospektdə - Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və ​Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.

Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur.

COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal yazılacaq.

Oxşar xəbərlər

İmtahanda 700 bal toplayan məzunlar

İmtahanda 700 bal toplayan məzunlar

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-c...

270 Sosial 23:50 24 iyul 2025

Son xəbərlər