COP29 günlərində rayondan Bakıya gediş-gəliş mümkün olacaq? - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi günlərdə Azərbaycanın bölgələrindən Bakıya gələn rayon qeydiyyatlı avtomobillər üçün heç bir məhdudiyyət tətbiq olunmayacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
Onun sözlərinə görə, rayonlardan gələrkən postlarda hər hansı yoxlama olmayacaq: "Ola bilər ki, tədbir günlərində gedişata uyğun olaraq bəzi yollarda postlar qurulsun və məhdudiyyətlər tətbiq olunsun. Bu zaman alternativ yollar təklif olunacaq. Məhdudiyyətlər tətbiq olunan həmin postlarda da fasilələrlə nəqliyyat vasitələri buraxıla bilər".
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...