Ceyhun Əsgərovdan anası ilə bağlı təsirli paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri olan Salatın Əziz qızı Əsgərovanın doğum günüdür.
BAKU.WS xəbər verir ki, Əsgərovanın yeganə övladı, jurnalist Ceyhun Əsgərov sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
O anası ilə uşaqlıq illərində çəkilən fotosunu paylaşaraq illərdir doğum günün onsuz keçirdiyini qeyd edib:
"Daha bir doğum gününü sənsiz qeyd edirəm. 63 yaşından, 34-cü doğum gününü sən mənsiz, mən də sənsiz qarşılayıram. Kaş ki, yaşasaydın…".
Xatırladaq ki, o, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.
1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçuları tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Salatın Əsgərova amansızca qətlə yetirilib.
Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
O, 6 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...